AZ

İran “Zəngəzur dəhlizi”ndə siyasət dəyişikliyinə görə Rusiyanı qınayır

Yayımlandı: 3 Sentyabr 2024 12:15 Tehran hesab edir ki, Rusiyanın bu dəstəyi İranın Ermənistana birbaşa çıxışını kəsəcək İran Rusiyanı Azərbaycanın Ermənistan üzərindən Zəngəzur nəqliyyat dəhlizini açmaqla Naxçıvan anklavına maneəsiz çıxış əldə etmək tələbini dəstəklədiyinə görə tənqid edib. Bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sentyabrın 2-də yaydığı açıqlamada vurğulanır. Bildirilir ki, Rusiyanın bu dəstəyi İranın Ermənistana birbaşa çıxışını faktiki kəsəcək. İranın Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, bu məsələ ilə bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib. Görüşdə İranın “Qafqazda istənilən geosiyasi dəyişikliyə” qarşı olduğu bildirilib: “İran rəsmisi Rusiya nümayəndəsinə deyib ki, milli suverenlik, ərazi bütövlüyü və ölkələrin qarşılıqlı maraqlarına hörmət Qafqazda davamlı sülhün qarantı və regional əməkdaşlığın əsasıdır”. “Bu görüşdə tanınmış beynəlxalq sərhədlərin dəyişdirilməsinə və regionda geosiyasi dəyişikliklərə qarşı çıxmaq, eləcə də bütün region ölkələrinin qanuni maraqlarını və narahatlıqlarını nəzərə almağın zəruriliyi vurğulanıb”, – deyə məlumatda bildirilir. Rəsmi Bakı Ermənistandan Naxçıvan anklavı ilə ölkəni birləşdirən dəhliz tələb edir. Moskva və Bakı 2020-ci ilin noyabr bəyanatına istinad edərək Rusiyanın dəhlizə nəzarətində maraqlı olduqlarını gizlətmirlər. Lakin Yerevan və Tehran buna qarşıdırlar və iddia edirlər ki, nəqliyyat marşrutu yaradılsa belə, Ermənistan ona nəzarət etməlidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Vladimir Putinin Bakıya son səfəri zamanı mübahisəli “Zəngəzur dəhlizi”nin yaradılmasını dəstəklədiyini bildirib. Tehran isə dəhlizə Yerevan tərəfindən nəzarət olunmasa, İranın Ermənistana birbaşa çıxışını aradan qaldıracaq nəqliyyat dəhlizinin yaradılmasının əleyhinə olub. İyulun 30-da Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə İranın Ali Dini Rəhbəri Əli Xamneyi “Zəngəzur dəhlizi”nə qarşı olduğunu bir daha bəyan edib. O qeyd edib ki, İran İslam Respublikası bu dəhlizi Ermənistanın maraqlarına “zərərli” sayır. Meydan TV

Seçilən
119
50
xural.com

10Mənbələr