Vaşinqton Türkiyənin BRİKS-ə üzv olmağa çalışmasından ehtiyat edir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Cekson Hinkl "RİA Novosti" ilə söhbətində bildirib.
Agentliyin həmsöhbəti xatırladıb ki, Türkiyə əhəmiyyətinə görə ABŞ-dan sonra ikinci olan Şimali Atlantika Alyansının əsas üzvüdür.
"Və onların indi BRİKS-ə qoşulmağı düşünmələri faktı... Birləşmiş Ştatlar bundan şübhəsiz təşvişə düşüb", - Hinkl qeyd edib.
Eyni zamanda o, Ankaranın siyasətinin çoxvektorlu xarakterini qeyd edib və əlavə edib ki, Türkiyənin BRİKS-ə daxil olmasına yalnız faktiki olaraq baş verəndə inanacaq.
Bundan əvvəl bildirilmişdi ki, Ankara BRİKS-ə tamhüquqlu üzvlük üçün ərizə təqdim edib və bu, assosiasiya ölkələrinin müzakirəsinə çıxarılacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun