Çin Gürcüstana yük reyslərinin sayını artırıb.
Bu barədə “Sputnik Georgia” məlumat yayıb.
Bu ilin iyul ayından etibarən həftədə bir dəfə Urumçi-Tbilisi-Urumçi marşrutu üzrə birbaşa çarter yük reyslərinə başlayıb.
Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, sentyabr ayından etibarən onlar həftədə iki dəfə uçacaqlar.