"Minik avtomobilinin yeni əyləc qəlibləri aqressiv sürüş tərzi səbəbindən cəmi beş min kilometrdən sonra sıradan çıxa bilər".
Bu barədə rusiyalı avtomobil mütəxəssisi Pavel Konstantinov xəbərdarlıq edib.
"Qəlibləri intensiv əyləcləmə ilə beş min kilometrdə yandırmaq olar, yaxud magistrallarda uzun müddətli səfərlər zamanı 100 min kilometrdən çox istifadə etmək olar. Adətən ön qəliblər 15-30 min kilometr davam gətirir. Arxa əyləc qəlibləri isə daha uzun müddət işləyir" ,- deyə Konstantinov bildirib.
Onun sözlərinə görə, əyləc qəliblərinin dəyişdirilməsi zərurəti barədə aşınma sensorları siqnal verə bilər.
"Əgər belə qurğular yoxdursa, qəliblərin vəziyyətini vaxtaşırı yoxlamaq lazımdır. Bu, çox vaxt yaz və payız təkər dəyişdirmə işləri ilə birləşdirilir. Əyləcləmə zamanı cırıltı və ya cızıltı səsi eşidilərsə, əyləc disklərini zədələməmək üçün servisə getmək lazımdır" , - deyə ekspert əlavə edib.
Mütəxəssis vurğulayıb ki, orijinal olmayan qəliblərdən istifadə zamanı fit və ya cırıltı səsləri ilə qarşılaşmaq olar, çünki onların istehsalında daha ucuz materiallardan istifadə olunur.
"Lakin bu, əyləcləmənin effektivliyinə təsir etmir" ,- deyə mütəxəssis izah edib.
Oxu.az