Sudan Səhiyyə Nazirliyi vəba epidemiyası nəticəsində həyatını itirənlərin sayının 242-yə yüksəldiyini açıqlayıb.Nazirlikdən verilən açıqlamada, 18 əyalətdən 8-də yayılan vəba epidemiyasına yoluxma sayının 6 min 968-ə çatdığı bildirilib.Açıqlamada ölkədə iyun ayından etibarən təsirli olan və vəba xəstəliyinin yayılmasına səbəb olan yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 212-yə yüksəldiyi bildirilib.Qeyd edilib ki, 11 əyalətdə yağış və daşqınlardan zərər çəkənlərin sayı 250 min 111-ə yüksəlib.İyun ayından etibarən ölkədə təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.Müharibənin davam etdiyi, səhiyyə sisteminin effektiv işləmədiyi ölkədə epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.Mənbə: AA
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta