AZ

Sudanda vəba epidemiyasında ölənlərin sayı 252-yə yüksəlib

Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə 8 vilayətdə yayılan epidemiyaya yoluxma hallarının ümumi sayının 7 min 296-ya yüksəldiyi bildirilib.

Qaziler.az bildirir ki, bununla bağlı TRT-Haber xəbər verir.

Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

QAZİLER.AZ

Seçilən
6
5
qaziler.az

10Mənbələr