Nobel Elektrik
Xarici satınalma üzrə mütəxəssis
Son tarix 12 okt 2024 [email protected]
NOBEL ELEKTRİK MMC
Xarici satınalma üzrə mütəxəssis
Neft qaz sektorunda təcrübəsi olan Xarici satınalma üzrə mütəxəssis axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- Bazarın təhlili, tələb olunan mal-materialların yerli və xarici bazarda araşdırılması;
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların, danışıqların aparılması;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Təhlillərin aparılması və hesabatların hazırlanması;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Gömrük rəsmiləşdirilməsini həyata keçirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün tələb olunan bütün sənədlər paketinin broker şirkətinə təqdim etmək);
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək;
- Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması.
Namizədə tələblər:
Ali təhsil (İqtisadi və ya idarə etmə yönümlü);
Satın alma və ya təchizat sahəsində minimal 2-3 il iş təcrübəsi;
İncoterms və Beynəlxalq Logistika haqqında biliklərinin olması;
Kompüter bilikləri - MS Office (Word, Excel, Outlook) proqramlarında sərbəst işləməyi bacarmalı;
Dil bilikləri: Rus və İngilis dili (danışıqlar və yazışmalar aparacaq səviyyədə);
Fəal olması və komandada işləmək bacarığı, işə planlı yanaşması;
Yüksək məsuliyyət, operativlik, diqqətcil olmaq, məqsədinə çatmaq üçün hərəkətli iş rejimində çalışa bilən;
Cins: Xanım namizədlərə üstünlük verilir;
Əmək Şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə;
- 5 günlük iş qrafiki (09:00-dan 18:00-dək);
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 202;
- Nahar şirkət tərəfindən verilir;
- Əmək haqqı: 800-1200 AZN (namizədin bilik və bacarıqlarına müvafiq olaraq müəyyənləşdiriləcək);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində vakansiyanın adını “Xarici satınalma üzrə mütəxəssis” qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.