AZ

Goranboyda 6 aylıq körpə yanıq xəsarətləri aldı

Goranboyda ev yanıb.

"Unikal"ın məlumatına görə hadisə rayonun Veyisli kəndində qeydə alınıb. Belə ki, kənd sakininə məxsus  ümumi sahəsi 95 m² olan birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 2024-cü il təvəllüdlü Ö.Mamedov yanıq xəsarəti alıb. 6 aylıq körpə əvvəlcə Goranboy Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tural Əhmədov

Seçilən
156
25
unikal.az

10Mənbələr