1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Fransa Ermənistanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirəcək".
Oxu.Az bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər ki, bunu Fransa xarici işlər naziri Stefan Sejurne İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə brifinqdə deyib.
Diplomat eyni zamanda iki ölkə arasındakı müdafiə əməkdaşlığının regionda gərginliyin artmasına yönəlmədiyini vurğulayıb.
Qeyd edək ki, İrəvan və Paris əvvəllər hərbi-texniki təchizat haqqında bir neçə müqavilə imzalayıblar.
Fransa Ermənistana "Sezar" özüyeriyən haubitsa, radar, zirehli maşınlar və zenit-raket kompleksləri tədarük edəcək.