“Ukrayna Qərbin uzaqmənzilli raketləri ilə Rusiya Federasiyasına hücum edərsə, NATO Rusiya-Ukrayna müharibəsinə girməyəcək”.
Bizim.Media xəbər verir ki, bunu “Foreign Policy” nəşrinə müsahibəsində təşkilatın baş katibi Yens Stoltenberq deyib.
O, həmçinin hesab edir ki, İran Rusiya raketlərinin tədarükü ilə bağlı münaqişənin bir hissəsi deyil.
Stoltenberqin sözlərinə görə, Kiyev NATO-ya üzv olana qədər uzunmüddətli perspektivdə Ukraynada sülh olmayacaq.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, Rusiya Federasiyasına qarşı Qərbin uzaqmənzilli dəqiq silahlarından istifadə NATO ölkələrinin Ukraynadakı hərbi əməliyyatlarda birbaşa iştirakı demək olacaq. Rusiya lideri həmçinin Kiyevi Rusiya ərazisində Qərb raketlərindən istifadə edəcəyi təqdirdə müvafiq qərarlar qəbul edəcəyi ilə hədələyib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta