11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri Bakı Fond Birjasında premium bazar seqmentində listinqə daxil edilib.
Bu barədə Fins.az-a BFB-dan məlumat verilib.
10 sentyabr 2024-cü il tarixində sözügedən qiymətli kağızların abunə yazılışı başa çatıb. 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 24 sentyabr 2024-cü il tarixinə kimi 6 iş günü ərzində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmləri üzrə yerləşdirmə baş tutacaq.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
"Azərbaycan Beynəlxalq Bankı” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1004004581 |
Səhmlərin növü və forması |
Səhm adi, sənədsiz, adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
Səhmlərin sayı |
322,000,000 (ədəd) |
İlkin ticarət qiyməti |
0.27 manat |
Buraxılış həcmi |
86,940,000 manat |
Anderrayter |
“ABB-İnvest İ.Ş” QSC |
Ticarətə buraxılma tarixi |
17-24.09.2024 |