Qəzzada son 24 saatda 30 fələstinli öldü
İsrail qüvvələrinin 2023-cü ilin oktyabrından Qəzza zolağında Fələstin anklavında keçirdiyi hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində 30-a yaxın fələstinli ölüb, 80-dən çox fələstinli yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“24 saat ərzində İsrail qüvvələrinin sektorun müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 26 nəfər ölüb, 84 nəfər yaralanıb”, - deyə nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyi əlavə edib ki, İsrail ordusunun anklavda keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 41 252, yaralananların sayı 95 497 nəfərə çatıb.