İranın iqtisadiyyat naziri ölkə prezidentinin mətbuat konfransında yuxulayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Sözügedən videoda İranın iqtisadiyyat naziri Əbdünnasir Hemməti ölkə Prezidenti Məsud Pezeşkianın ilk mətbuat konfransıda yuxuladığını görmək mümkündür.
Qeyd edək ki, Məsud Pezeşkianın mətbuat konfransı 300-dan çox yerli və xarici jurnalist tərəfindən işıqlandırılıb.
Həmin görüntüləri təqdim edirik: