1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin Oreqon ştatında yaşayan 40 yaşlı Robert Parmali 100 min dollar girov müqabilində məhkəmə iclasınadək sərbəst buraxılıb.
Oxu.Az championat.com-a istinadən xəbər verir ki, o kral ailəsinin üzvü olduğunu və Kannektikut Universitetinin basketbolçusu Peyc Bukers ilə evlənmək istədiyini iddia edərək xanımı təqib edib.
Parmali Peycə saysız-hesabsız məktublar və mesajlar göndərərək qadını bezdirib. Üstəlik, Robert brilyant nişan üzüyünün fotoşəkilləri ilə saxta toy dəvəti də hazırlayıb.
O, idmançıya evlilik təklifi etməyi və həmçinin onu universitetin basketbol komandasında xaric etməyi planlaşdırıb. Lakin Peycin şikayəti əsasında saxlanılıb.