AZ

Türkiyənin Ambarlı limanı 12 milyon tondan çox yük qəbul edib

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin Ambarlı limanı12 milyon 425 min 367 ton yük qəbul edib.

Trend xəbər verir ki, Bubarədə TurkicWorld-əTürkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyəbayrağı altında üzən 2 milyon 102 min 331 ton yük, digər ölkələrinbayraqları altında üzən gəmilərlə isə 10 milyon 323 min 36 ton yükdaşınıb.

2024-cü ilin yanvar-avqust aylarında Ambarlı limanından 6 milyon445 min 819 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarınınyük dövriyyərisi 31 milyon 474 min 554 ton olub. Bu dövr ərzində dəTürkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2milyon 578 min 844 ton təşkil edib.

“Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərləyük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyənazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarındatransit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkiledib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqustaylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbuledib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarındaTürkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yükdaşınıb.

Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40min 846 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altındaqəbul edilən gəmilərin sayı 3 min 535, Türkiyə bayrağı altındaqəbul edilən gəmilərin sayı isə 2 min 331 olub.

Seçilən
94
49
az.trend.az

10Mənbələr