AZ

Misir və ABŞ Qəzzada fövqəladə atəşkəs haqqında danışıblar

Misirin xarici işlər naziri Bədr Əbdüləti ölkəsinə səfər edən amerikalı həmkarı Antoni Blinkenlə Qəzza zolağında təcili atəşkəsin zəruriliyini müzakirə etdiyini bildirib.

 

Oxu24.com xəbər verir  ki, Abdulati paytaxt Qahirədə ABŞ dövlət katibi Blinkenlə birgə mətbuat konfransı keçirib.

 

“Biz Blinkenlə Qəzza zolağında atəşkəsin təcili zərurəti, razılığın əldə olunmasının sürəti və regionun regional müharibəyə sürüklənməsi təhlükəsi barədə danışdıq”, - Abdulati deyib. 

“Biz İsrailin Filadelfiya dəhlizində hərbi mövcudluğunu qəbul etməyəcəyik”

 

Digər tərəfdən ABŞ dövlət katibi Blinken Qəzza zolağında atəşkəsin yaradılmasının zəruriliyini və Livanın cənubunda gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.

Blinken ölkəsinin Qəzzada atəşkəs üçün "çətin nöqtələrin həlli yolları" təklif etdiyini və bunun tamamlanmasının Livan-İsrail razılaşmasını asanlaşdıracağını bildirib.

İki günlük səfər üçün Qahirəyə gələn Blinken Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşüb.

 

Nigar

 

Seçilən
105
50
oxu24.com

10Mənbələr