AZ

Azərbaycan milliləri İtaliya yığmaları ilə üz-üzə gələcəklər

Azərbaycanın kişilərdən və qadınlardan ibarət milliləri Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında İtaliya yığmaları ilə üz-üzə gələcəklər.

Sabahinfo.az xəbər verir ki, qarşılaşmalar VIII tura təsadüf edəcək.

Kişilərdən ibarət kollektiv 10 xalla 14-cü pillədə qərarlaşıb. Lider Hindistanın 14, ikinci sıradakı İranın 13, Özbəkistanın isə 12 xalı var.

Qadınlar isə 10 xalla 19-cudur. Hindistan 14 xalla liderdir. Polşa və Qazaxıstan 12 xala malikdir.

Qeyd edək ki, kişi şahmatçılarımız daha əvvəl Monteneqro (3:1), İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5), Moldova (3:1) və Qazaxıstanı (3:1) məğlub edib, Hindistan (1:3) ilə Litvaya (1,5:2,5) uduzub.

Qadınlardan ibarət komandamız isə Sloveniya (3:1), Nikaraqua (4:0), Avstraliya (3:1) və Vyetnamdan (2,5:1,5) üstün olub, Argentina, Ukrayna ilə heç-heçə edib - 2:2, Qazaxıstana isə yenilib - 1:3.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
26
sabahinfo.az

10Mənbələr