İsrailin müdafiə naziri Yoav Qallant ilə ABŞ-nin müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri “X” platformasındakı paylaşımında bildirib.
O qeyd edib ki, telefon danışığı zamanı strateji, regional mənzərə qiymətləndirilib, İsrail ordusunun cənub və şimal bölgələrində apardığı əməliyyatlara, xüsusən də Hizbullahın təhdidlərinə qarşı müdafiəsinə diqqət yetirilib.