1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
26 il əvvəl törədilmiş qətlə görə təqsirləndirilən Kərim Kərimlinin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Kərim Kərimli 17 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı onun 18 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Xatırladaq ki, 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın 1997-ci il yanvarın 24-də yaşadığı evdə qəsdən öldürülməsi faktı üzrə prokurorluq, daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Kərim Kərimli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilib ki, Kərim Kərimli aralarında yaranmış mübahisə zəminində Zoyaxanım Rzayevanı xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.