Əksər amerikalılar Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin sentyabrın 10-da keçirilən debatda Respublikaçılar Partiyasından olan rəqibi Donald Trampdan daha yaxşı çıxış etdiyini düşünürlər.
NUHÇIXAN xəbər verir ki, bunu "The New York Times"ın sorğusunun nəticələri sübut edir.
Sorğunun nəticələri göstərib ki, respondentlərin 67%-i Harrisi debatın qalibi hesab edir. Donald Trampı isə sorğuda iştirak edənlərin yalnız 40%-i qiymətləndirib.
Eyni zamanda namizədləri seçkilərdə eyni sayda seçici - 47% dəstəkləməyi planlaşdırır. Sorğu iştirakçılarının 5%-i hələ seçimini etməyib.
Sorğu sentyabrın 11-dən 16-na kimi 2437 amerikalı arasında aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta