“Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) respublikanın suverenliyinə təhdidlə bağlı bəyanatları sağlam düşüncəyə ziddir”.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Mənə elə gəlir ki, bəyanatlar sağlam düşüncəyə və reallığa ziddir. Çünki əgər bir şey sizi, xüsusən də milli təhlükəsizliyinizi “təhdid edirsə”, o zaman Ermənistanın hələ də KTMT-də qaldığını söyləməyin nə mənası var”. – Diplomat bunu IV Avrasiya Qadınlar Forumunun kuluarlarında bildirib. – “Qalırlarsa, deməli, bunda bir növ məqsədəuyğunluq görürlər. Eyni zamanda, KTMT-nin “Ermənistandan çıxdığını” bildiriblər. Bütün bunlar sağlam düşüncəyə və məntiqə ziddir”.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun davamlı mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır.
İlkanə Şəvəqqət,
KONKRET.az