AZ

Ramil Göyüşov 20 sentyabrın iqtisadi və ərazi bütövlüyü mübarizəsində əhəmiyyətindən danışıb

Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov 20 sentyabrın Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, QHT.az-a verdiyi açıqlamada vurğulayıb ki, bu tarix 1994-cü ilin sentyabrında bağlanmış "Əsrin müqaviləsi" ilə iqtisadi azadlığın təməlinin qoyulması ilə başlayır.

QHT sədri 20 sentyabr 2023-də həyata keçirilən antiterror əməliyyatının 23 saat ərzində tam suverenliyin bərpa edilməsi ilə nəticələndiyini qeyd edib. O, iki tarixin bir-biri ilə əlaqəli olduğunu bildirərək, iqtisadi və ərazi bütövlüyünün müstəqillik uğrunda mübarizədə əhəmiyyətini vurğulayıb: "Bu iki məsələni bir-biri ilə əlaqələndirmək lazımdır."

O, bu tarixi gündə Azərbaycan xalqını təbrik edərək, suverenlik və müstəqillik uğrunda mübarizənin əhəmiyyətini bir daha xatırladıb.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
36
50
qht.az

10Mənbələr