Bakı, 20 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında video paylaşıb.
AZƏRTAC xəbər verir ki, paylaşımda “20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü” sözləri yer alıb.