AZ

Vardanyan Bakı həbsxanasından Paşinyana cavab verdi

Bakıda həbsdə olan Ruben Vardanyan Ermənistanın baş nazirinin son mətbuat konfransı zamanı ona ünvanladığı bəyanata cavab verib.

Demokrat.az xəbər verir ki, bu barədə Ruben Vardanyanın ofisi məlumat yayıb.

Erməni milyarder bildirib ki, o, Paşinyanla söhbətində Ermənistanın siyasətinə qarışmayacağını deyib: “Əgər Baş nazirin mənimlə bağlı hər hansı sualı olarsa, o, 2022-ci ilin noyabrında, mən həm də dövlət naziri vəzifəsini icra etdiyim zaman mənə müraciət edərdi. İstənilən halda, mən indi də onun istənilən sualına cavab verməyə hazıram.

Baş nazirə xatırlatmaq istəyirəm ki, 2018-ci ilin yazında onunla ilk dəfə həmkarlarımızla, dördümüzlə görüşəndə ​​ona dedim ki, biz Ermənistan hakimiyyətinə münasibətdən asılı olmayaraq xeyriyyəçiliklə məşğul oluruq, çünki bunu xalq üçün edirik.

Seçilən
105
19
demokrat.az

10Mənbələr