Xəbər verildiyi kimi, son zamanlar Rusiya bu ölkədə yaşayan və işləyən miqarntlara qarşı qaydaları həddindən artıq sərtləşdirib. Son müvafiq qanun layihəsinə edilən dəyişikliklərə görə, miqrantlar ticarət və iaşə də daxil olmaqla, bir çox sahələrdə işləmək hüququndan məhrum ediliblər, onların övladları isə orta məktəbdə pulsuz təhsil ala bilməyəcəklər.
“AzPolitika” xəbər verir ki, Rusiya rəsmi agentliklərinin məlumatına görə, son bir ildə bu ölkədə yaşayan 2 milyondan çox xarici vətəndaş Rusiyanı tərk edib.
Hazırda Rusiya Federasiyasında 6,17 milyon əcnəbi vətəndaş qeydiyyatdadır. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsi məlumat yayıb: “Bu il sentyabrın 1-nə Rusiyada miqrasiya qeydiyyatı üzrə dövlət informasiya sistemində məlumatları olan əcnəbi vətəndaşların sayı 6 milyon 174 min 777 nəfər təşkil edib”.
2023-cü ildə isə Rusiyada miqrasiya üçün 8,5 milyondan çox insan qeydiyyatdan keçib. Beləliklə, 2 milyondan artıq miqrant ölkəni tərk edib və yaxın zamanda bu rəqəmin xeyli artacağı gözlənilir.
Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasətçi Nemət Pənahlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat