Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti 1 dollardan çox ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,08 ABŞ dolları və ya 1,43% azalaraq 74,35 dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti 75,43 dollara ticarət edilib.