AZ

"Kötü Kan"da yeni aktrisa – FOTO

Türkiyənin "Now TV" telekanalının maraqla izlənilən serialı "Kötü Kan"a yeni sima qatılıb.

"Cebheinfo.az" xəbər verir ki, məşhur aktrisa Lalə Başar da ekran işində rol alacaq.

O, layihədə "Hülya" obrazına həyat verəcək. Aktrisanın ekran işində rəngli və əyləncəli bir xarakteri canlandıracağı açıqlanıb.

60 yaşlı aktrisa daha əvvəl "Aşk Yeniden", "Yeni Gelin", "Erkenci Kuş", "Sihirli Annem", "Adı Farah" kimi bir çox serialda rol alıb. 

Qeyd edək ki, "Kötü Kan" serialının baş rollarında Ertan Saban, Damla Sönmez, Hüseyin Avni Danyal və Levent Ülgen çəkilir.

Seçilən
67
5
cebheinfo.az

10Mənbələr