AZ

Kim Çen In dronları artilleriya ilə vurmağa hazırlaşır

Şimali Koreyann Cənubi Koreya ilə sərhəd yaxınlığında yerləşən artilleriya bölmələrinə atəş açmağa hazır olmaq əmri verilib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.

Agentlik bildirir ki, bu addıma səbəb Pxenyanın sərhəd üzərində uçduğunu iddia etdiyi pilotsuz təyyarələrlə bağlıdır. Belə ki,Cənubi Koreyadan olan bəzi qaçqınlar və fəallar Şimali Koreyaya pilotsuz təyyarələrlə ölkə lideri Kim Çen Inı tənqid edən vərəqələr atırlar.

Şimali Koreya buna görə Cənubi Koreya ordusunu günahlandırıb. Cavab olaraq o, Cənuba zibil dolu hava şarları göndərir.


KCNA-nın məlumatına görə, KXDR Müdafiə Nazirliyi bildirib ki, Pxenyan paytaxt üzərində daha çox pilotsuz təyyarənin uçması ehtimalını yüksək görür və orduya münaqişə də daxil olmaqla bütün ssenarilərə hazır olmaq əmri verilib.

Şimali Koreya cümə günü Cənubi Koreyanı bu həftə və keçən həftə gecə Pxenyana pilotsuz təyyarələr göndərməkdə günahlandırıb və müdaxilənin cavab tələb etdiyini söyləyib. Şimali Koreya lideri Kim Çen Inın nüfuzlu bacısı Kim Yo Conq Seulu “dəhşətli fəlakət”lə hədələyib. O, günahın sərhədi keçən QHT tərəfindən göndərilən dronları müəyyən edə bilməyən Cənubi Koreya ordusunda olduğunu söylədi.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın ittihamlarını təsdiq edə bilməyəcəyini bildirib.

Musavat.com

Seçilən
123
50
musavat.com

10Mənbələr