AZ

Sabit Bağırov: "Ermənistanın qanunsuz dağ-mədən sənayesi Cənubi Qafqazın ekologiyasını zəhərlədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ermənistan Birləşmiş Millətlər Təşkilatının (BMT) Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasına qoşulmayan ölkə olaraq qalır".
Oxu.Az xəbər verir ki, bu barədə Sahibkarlığa və Bazar İqtisadiyyatına Yardım Fondunun rəhbəri Sabit Bağırov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi barədə brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, BMT-nin məlumatına görə, dünyanın 153 ölkəsi digər bir neçə ölkənin ərazisindən axan çaylar olaraq transsərhəd su ehtiyatlarından istifadə edir:
"Təxminən 3 milyard insan birbaşa bir neçə dövlətin ərazisində yerləşən çay hövzələrində yaşayır. Ona görə də transsərhəd su ehtiyatlarından birgə istifadə bütün bəşəriyyət üçün aktualdır. Azərbaycan bu Konvensiyanın iştirakçısı olsa da, Ermənistan deyil. Ermənistanın da bu Konvensiyaya qoşulması Azərbaycan ərazisinə axan çayların çirklənmə risklərinin azaldılmasında çox mühim rol oynaya bilər".
Mərahim Nəsib
Seçilən
70
50
oxu.az

10Mənbələr