AZ

Liam Peynin ilkin ölüm səbəbi açıqlandı

"One Direction" qrupunun keçmiş solisti Liam Peynin meyitinin ilkin ekspertiza nəticələri açıqlanıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, patoloqlar eyvandan yıxılan Peynin ölümünə "daxili və xarici qanaxma" ilə nəticələnən çoxsaylı xəsarətlərin səbəb olduğunu bildiriblər.

Hazırda müğənninin faciəvi nəticəyə səbəb ola biləcək narkotik və alkoqoldan istifadə edib-etmədiyini müəyyən etmək üçün əlavə testlər aparılır.

Şəhərin təcili tibbi yardım xidmətlərinin direktoru Alberto Kresenti əvvəllər Liamın yıxılaraq aldığı xəsarətlər nəticəsində kəllə sümüyünün bazal sınığı olduğunu bildirmişdi.

"Hadisə yerinə göndərilmiş təcili tibbi yardım xidmətlərinin məlumatına görə, o, kəllə sümüyü sınığı və digər son dərəcə ciddi xəsarətlər alıb", - Kresenti deyib.

Xatırladaq ki, oktyabrın 16-da 31 yaşlı Peyn Argentinanın paytaxtı Buenos-Ayresdəki CasaSur Palermo hotelinin üçüncü mərtəbəsindəki otağının eyvanından yıxılıb. Onu xilas etmək mümkün olmayıb.

Seçilən
84
50
unikal.az

10Mənbələr