AZ

Əfv olunan şəxs 75 yaşlı kişini qətlə yetirdiyi üçün yenidən məhkəmə qarşısında

75 yaşlı kişini qəsdən öldürən şəxsin məhkəməsi başlayır.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.9-ci (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə təqsirli bilinən İsayev Zahid Səməndər oğlunun məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, hadisə bu il iyulun 20-də saat 01 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb. Belə ki, 1949-cü il təvəllüdlü Əliyev Tahir Eyvaz oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü İsayev Zahid Səməndər oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Onu da qeyd edək ki, Zahid İsayev ağır cinayət törətməyinə baxmayaraq 2017-ci ildə imzalanan əfv fərmanı ilə azadlığa çıxıb.

Seymur Əli 

Seçilən
34
46
unikal.az

10Mənbələr