AZ

Mourinyonun dəbdəbəli həyatı - Oteldə qalırmış

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun İstanbuldakı həyatı ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Portuqaliyalı məşqçinin İstanbulda evdə deyil, Boğazda lüks bir oteldə qaldığı bildirilib.

Nəşr onun qaldığı otelin 1 gecəlik qiymətinin 44 min 552 lirə olduğunu və mütəxəssisin hər axşam eyni yeməyi yediyini yazıb. Otel işçiləri bildiriblər ki, məşqçi hər axşam toyuq şorbası, ardınca isə marqarita pizzası, dondurma və mineral su sifariş edir.

Mourinyonun Beşiktaşda sevimli dönər restoranının olduğu və ara-sıra ora getdiyi bildirilib. Qeyd olunub ki, o, işçilərə fotoşəkillər paylaşmamaq barədə xəbərdarlıq edir.

Mourinyo qonaqlarını otelə dəvət edir və “Evimə xoş gəlmisiniz” deyə zarafat edir. Həmçinin hər səhər səhər yeməyindən sonra mütəmadi olaraq otelin hovuzunda üzür.

Xəbərdə Joze Mourinyonun ev işlərinə görə oteldə yaşamağa üstünlük verdiyi bildirilib.

Qeyd edək ki, məşqçi 2017-ci ildə “Mançester Yunayted”i çalışdırarkən ona təklif olunan lüks villada qalmaq əvəzinə, gündəlik 600 sterlinqə lüks oteldə qalıb, rəhbərlik isə yaşayış haqqı olaraq ümumilikdə 537 min sterlinq ödəyib.

Seçilən
85
17
qafqazinfo.az

10Mənbələr