AZ

Lavrov: “Əgər milli maraqlarımız tanınarsa, biz ABŞ-la bərabərhüquqlu dialoqa hazırıq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın milli maraqlarının Vaşinqton tərəfindən tanınacağı təqdirdə ABŞ ilə bərabərhüquqlu dialoqa hazır olduqlarını bildirib və bu ölkədə hər iki tərəfin Rusiyaya qarşı eyni mövqedə olduğunu vurğulayıb.

Editor.az bu barədə rus mətbuatına istinadla xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putinin açıqladığı kimi, bizim mövqeyimiz hamıya məlumdur. Əgər ABŞ ədalətli razılaşma niyyətlərini ciddi şəkildə ortaya qoysa, biz bərabərhüquqlu dialoqa hazırıq. Rusiyanın milli maraqlarının və qarşılıqlılıq prinsipinin tanınması şərtilə ABŞ-da hər iki partiya Rusiyaya qarşı eyni mövqedədir”. ABŞ siyasətindəki anti-Rusiya və rusofob xəttin daxili siyasi konsensusa əsaslandığını və hər iki tərəf tərəfindən dəstəkləndiyini bildirən Lavrov bu siyasətdə Ukraynanın Rusiyaya qarşı hibrid müharibənin əsas elementi kimi göründüyünü vurğulayıb.

Bu kontekstdə Lavrov onu da qeyd edib ki, ABŞ prezident seçkiləri öncəsi hər iki namizədin Moskva-Vaşinqton münasibətləri ilə bağlı verdiyi açıqlamaları ciddi qəbul etməyə ehtiyac yoxdur.

//Gülnarə Abasova, Editor.az

 

 

Seçilən
32
50
editor.az

10Mənbələr