AZ

"Mastercard" və "Rabitəbank" ətraf mühitə təsiri azaltmağa kömək edən karbon kalkulyatorunu təqdib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mastercard" "Rabitəbank"la tərəfdaşlıq çərçivəsində Azərbaycanda ətraf mühitin dayanıqlılığı istiqamətində atılan addımları dəstəkləmək məqsədilə məqsədilə karbon kalkulyatorunu istifadəyə verib. Bu innovativ alət istehlakçılara öz təqribi karbon izlərini daha yaxşı anlamağa kömək edir. Artıq "Rabitəbank" vasitəsilə təqdim olunan "Mastercard" karbon kalkulyatoru azərbaycanlı istehlakçılara daha məlumatlı və ətraf mühitə həssas xərcləmə qərarları verməyə həvəsləndirir.
İsveçrənin "Doconomy" innovasiya startapı ilə birgə hazırlanmış "Mastercard" karbon kalkulyatoru istifadəçilərə müxtəlif kateqoriyalar üzrə alış-verişləri əsasında təxmini fərdi karbon emissiyalarının aydın təsvirini təqdim edir. Bu həll daha məlumatlı alış-veriş qərarlarını dəstəkləməklə qlobal və milli dayanıqlılıq məqsədlərinə töhfə verir.
"Mastercard" "Rabitəbank"la birgə daha dayanıqlı seçimlər etmək üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən, həmçinin ətraf mühitə təsiri azaldan rəqəmsal həllər təqdim etmək öhdəliyinə sadiqdir. "Rabitəbank"ın karbon kalkulyatorunu tətbiq etməsi müştərilərinə iqlim dəyişikliyini azaltmaq üçün qlobal səylərə qoşulmaq imkan verəcək", - deyə "Mastercard"ın Türkiyə və Azərbaycan üzrə baş meneceri Avşar Gürdal bildirib.
"Rabitəbank" olaraq biz müştərilərimizi planetimizə müsbət təsir edən məlumatlı qərarlar verməyə təşviq etməyin gücünə inanırıq. Azərbaycanda "Mastercard" karbon kalkulyatorunu istifadəyə verməklə cəmiyyətimizin ətraf mühitə təsirini idarə etməsinə və daha dayanıqlı bir gələcəyə töhfə verməsinə kömək edirik. Bu əməkdaşlıq "Mastercard" ilə birgə dayanıqlılığa və gələcək nəsillərin rifahının yüksəldilməsinə olan sadiqliyimizi nümayiş etdirir," - deyə "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədri Dr. Aydın Hüseynov qeyd edib.
Milli iqlim hədəflərinə dəstək
"Mastercard" karbon kalkulyatoru artıq 12 ölkədə, o cümlədən Bolqarıstan, Honkonq, Macarıstan, İtaliya, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, İspaniya, Tayvan, BƏƏ və Böyük Britaniyada yerləşən 33 müştəri ilə fəaliyyət göstərir.
Karbon kalkulyatoru "Mastercard"ın karbon emissiyalarını azaltmaq və qlobal iqlim tədbirlərini dəstəkləmək öhdəliyinin bir hissəsidir. Şirkət 2040-cı ilə qədər sıfır xalis tullantı hədəfinə çatmağı planlaşdırır və 2028-ci ilə qədər "Mastercard" şəbəkəsindəki bütün fiziki ödəniş kartlarının istehsalında ilkin olaraq PVC plastiklərindən mərhələli şəkildə imtinanı tələb edən "Dayanıqlı Kartlar Proqramı"nı hazırlayıb. Bu günə qədər 108 ölkədə 750-dən çox emitent 685 milyon kartın təkrar emal edilmiş və bioəsaslı materiallara keçidini təmin etmək üçün qeydiyyatdan keçib. "Mastercard" ətraf mühitin dayanıqlılığını biznesinin fəaliyyətinin mərkəzinə qoyaraq hər kəs üçün daha keyfiyyətli həyat yaratmaq üçün ilhamlandıran, məlumatlandıran və bunu mümkün edən məlumat, bilgi və texnologiya üzrə etibarlı tərəfdaş olmağı hədəfləyir.
Seçilən
24
50
oxu.az

10Mənbələr