AZ

Əncir südünün faydalarından necə istifadə etmək olar?

Hit.az “Şəfalı bitkilər”  rubrikasında əncir südü haqqında məlumat verir.

“Əncir hələ tam yetişməmişdən qabaq onun budağa birləşən hissəsini qoparıb sıxanda ağ rəngdə maye çıxır”.

Bu sözləri Hit.az-a türkə çarəçi Seymur Maksudov deyib.

Onun sözlərinə görə, həmin maye əncir südü adlanır:

“Əncir südü insan orqanizmi üçün meyvənin özündən də çox faydalıdır. Çox qədim zamanlardan bəri əncir südündən müalicə məqsədli istifadə olunub. Düzü, əncir südü içilmir. Daha çox dəri sağlamlığında istifadə edilir. Gündəlik istifadə etmək zərərli olar. Amma sızanaq çıxdıqda, ləkə yarandıqda tonik kimi istifadə etmək mümkündür. Dəridə olan bütün qızarıqlıqları aparır”.

Murad
 

Seçilən
31
50
hit.az

10Mənbələr