Gəncədə sirkə turşusu içən qadın xəstəxanada ölüb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, şəhər sakini 1956-ci il təvəllüdlü M.İbarhimova yaşadığı evdə sirkə turşusu içərək zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 68 yaşlı M.İbrahimovanın həyatını xilas etmək mümkün olmayıb.
Onun hansı səbəbdən sirkə turşusu içərək özünü zəhərlənməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.