AZ

Paşinyan KTMT-nin samitinə getməkdən imtina edib

Noyabrın 23-də Belarusun paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti baş tutacaq. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. 
 
Samitdə Rusiya preizdenti Vladimir Putin iştirak edəcək. 
 
Bu il keçirilən samitdə təkcə Ermənistanın baş naziri Nikol Paşinyan iştirak etməkdən imtina edib. 
 
 KTMT Şurasının iclasının gündəliyinə "KTMT üzvləri arasında qarşılıqlı fəaliyyət məsələləri, o cümlədən kollektiv təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi, habelə cari beynəlxalq və regional problemlər” daxil ediləcək. Təşkilatın məqsədləri "sülhün, beynəlxalq və regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, üzv dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin kollektiv əsasda qorunması”dır", - məlumatda deyilir. 

Bundan əvvəl Ermənistan Kollektiv Təhlükəsizlik Şurasından dəstək almadığı üçün onların iclaslarında iştirak etməkdən imtina etdiyini açıqlayıb. 
 
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz Qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.


2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 


KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub.  Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar
 


www.anews.az
Seçilən
751
44
anews.az

10Mənbələr