AZ

Bakıdan dünyaya mühüm mesajlar verildi: COP29-un ikinci günündə yaşananlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV "COP-BAKU" layihəsi çərçivəsində COP29-un ikinci günü haqqında reportaj hazırlayıb.
Bildirilib ki, noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Prezident İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində nitq söyləyib. Azərbaycanın "yaşıl enerji" sahəsində reallaşdırdığı nəhəng layihələrdən danışan dövlət başçısı COP29-un Bakıda keçirilməsinə mane olan qüvvələrin fəaliyyətinə də diqqət çəkib.
Dövlət başçısı zalda əyləşən mötəbər qonaqların sayının COP29-un gerçəkləşməsinə əngəl olanlara ən yaxşı cavab olduğunu vurğulayıb.
BMT Baş katibi Antonio Quterreş isə iqlim dəyişikliyinin qarşısını almaq üçün vaxtın az olduğunu deyib və bunun üçün ayrılan maliyyənin həcmini artırmağa çağırış edib.
Liderlər Sammitində iştirak edən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tədbirin yüksək səviyyədə təşkilatçılığına görə Azərbaycan Prezidentinə təşəkkür edib və ölkəsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki hədəflərini açıqlayıb.
Qeyd olunub ki, rəsmi çıxışlardan sonra Azərbaycanın milli musiqi nümunələri ifa olunub. Daha sonra isə milli rəqslər nümayiş etdirilib.
Həmçinin bildirilib ki, COP29 tədbirində ən çox ziyarət edilən məkanlardan biri Azərbaycan pavilyonudur:
"Bura üz tutan ziyarətçilər ölkəmizin "yaşıl enerji" sahəsindəki təcrübəsini interaktiv lövhələrdən asanlıqla öyrənə bilərlər. Bir toxunuşla açılan pəncərədə Azərbaycanın 2030-cu ildəki "yaşıl enerji" hədəflərini görmək mümkündür".
Ətraflı süjetdə:
Seçilən
7
50
oxu.az

10Mənbələr