AZ

2024-cü ilin ən cəlbedici kişisi o seçildi - FOTO

Məşhur "People" jurnalı ABŞ-li aktyor, ssenarist və rejissor Con Krasinskini "2024-cü ilin ən seksual kişisi" adlandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, bununla bağlı "Stiven Kolbertlə gecə şousu" proqramında bildirilib.

Xatırladaq ki, 45 yaşlı Con Krasinski "Ofis" serialının buraxılışından sonra məşhurlaşıb, daha sonra "Sakit yer" franşizasını buraxıb və burada artıq rejissor kimi fəaliyyət göstərib.

Krasinski qeyd edib ki, ən yaraşıqlı kişi adlandırılmaqdan şərəf duyur. Onun sözlərinə görə, əvvəlcə bunun zarafat olduğunu düşünüb, çünki bu barədə komediya verilişində xəbər tutub.

Xatırladaq ki, keçən il "People"ın versiyasına görə, ən seksual kişi Patrik Dempsi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
4
9
milli.az

10Mənbələr