AZ

Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib

Tanzaniya Respublikasının Milli Assambleyasının sədri Tulia Ekson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı Əminə Ağazadə və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də Bakıda Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçiriləcək. Altmış altı ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167 parlament üzvünün iştirakı gözlənilir.

Seçilən
0
36
operativmedia.az

10Mənbələr