AZ

Ceyhun Bayramov Karib Ölkələri Birliyinin Baş katibi ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində Karib ÖlkələriBirliyinin (CARICOM) Baş katibi Karla Barnet ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə Azərbaycan vəCARICOM arasında əməkdaşlıq perspektivləri, habelə ölkəmizin COP29sədrliyi çərçivəsində həyata keçirilə biləcək təşəbbüslər müzakirəolunub.

Nazir Ceyhun Bayramov CARICOM tərəfindən ölkəmizə ilk səfərinAzərbaycanın Birliklə əməkdaşlığının inkişaf etdirilməsi üçün yaxşıfürsət olduğunu qeyd edərək, əməkdaşlıq üçün mövcud imkanlarınmüzakirəsi baxımından bu kimi təmasların artırılmasının vacibliyinidiqqətə çatdırıb. Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatınasədrliyi dövründə ölkəmiz tərəfindən 20 kiçik ada dövləti daxilolmaqla, ümumilikdə 80-dən artıq ölkəyə humanitar yardımgöstərildiyi, bu ölkələr sırasında CARICOM-a üzv 12 dövlətin dəolduğu qeyd edilib. Azərbaycan və CARICOM-a üzv dövlətlər, habeləxalqlarımız arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyiqeyd olunub, bu istiqamətdə təhsil sahəsində əməkdaşlığın, ölkəmiztərəfindən həyata keçirilən təqaüd proqramlarının əhəmiyyətidiqqətə çatdırılıb. Azərbaycanın COP29 Sədrliyi, əsas prioritet vəistiqamətlərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov ölkəmizintəşəbbüslərinə, xüsusilə inkişaf etməkdə olan kiçik adadövlətlərinin Sammitinin keçirilməsinə göstərilən dəstəyə görəCARICOM-a təşəkkür edib, sədrliyimiz dövründə iqlim dəyişikliyi iləmübarizə sahəsində daha yaxından əməkdaşlıq etməyə hazır olduğumuzubildirib.

Baş katib Karla Barnet COP29 Sədrliyinin kifayət qədər mürəkkəbvə məsuliyyət tələb edən platforma olmasına baxmayaraq, ölkəmiztərəfindən sessiyanın yüksək səviyyədə təşkil olunduğunu qeyd edibvə bu münasibətlə ölkəmizi təbrik edib, sədrlik dövründə uğurlararzu edib. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
26
9
az.trend.az

10Mənbələr