“Barselona” Futbol Klubunun Prezidenti Xuan Laporta COP29-da iştirak etmək məqsədilə bu gün Azərbaycana səfərə gəlib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.