AZ

MMA döyüşçüsü Sumqayıtda öldürüldü - TƏFƏRRÜAT, FOTO

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Bıçaq yaraları alan 1997-ci il təvəllüdlü Xəlilzadə Ceyhun Əşrəf oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəssisəsinin qarşısında ölüb. 

Ajans.az-ın əldə etdiyi məlumata görə, Ceyhun Xəlilzadə MMA döyüşçüsü olub. O, bir neçə yerli və beynəlxalq turnirlərdə işitirak edib.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş verib. Sosial şəbəkələrdə də bu barədə məlumatlar paylaşılıb. İnsanlar mərhumun yas mərasimindən görüntülər paylaşıb, başsağlığı verib.

Onu da bildirək ki, vəfat edən şəxsin qohumu da “TikTok” platformasında paylaşım edib. O qeyd edib ki, C. Xəlilzadə MMA çempionu olub və yaşadığı evdəki kirayəşinlər tərəfindən bıçaqlanıb.

Seçilən
4
17
musavat.com

10Mənbələr