AZ

Borrel təsdiqlədi: ABŞ Ukraynaya Rusiyanı vurmağa icazə verib

"ABŞ administrasiyası Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün 300 km-ə qədər mənzilli raketlərdən istifadə etməyə icazə verib".

Bakupost.az "KP"-yə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Josep Borrel bildirib.

Onun sözlərinə görə, bu barədə Avropa İttifaqının Xarici İşlər nazirlərinin görüşündə müzakirə aparılıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ın Ukraynaya Rusiyanın dərinliklərinə uzaqmənzilli raket zərbələrinin endirilməsinə icazə verilməsi ilə bağlı şayiələrin rəsmi mənbələrə əsaslanıb-əsaslanmamasının hələ aydın olmadığını bildirib.

Zaur, BakuPost
Seçilən
24
43
bakupost.az

10Mənbələr