AZ

Astarada 3 nəfər bıçaqlandı, 2-si qardaşdır

Astarada bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.az xəbər verir ki, rayon ərazisində 3 nəfərin bıçaqlandığı bildirilir.

Məlumata görə, onlardan ikisi qardaşdır. Xəsarət alanlardan biri Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Digər iki nəfər Astara rayon mərkəzi xəstəxanasına aparılıb.

Bıçaqlanan şəxslərdən biri 1990-cı il təvəllüdlü Ərçivan sakini Samir Etibar oğlu Mehdiyevdir.

Fakt araşdırılır.

APA

Seçilən
0
15
hurriyyet.az

10Mənbələr