AZ

Fransanın atəşkəs təklifi eşidilmədi - Olimpiya Oyunları zamanı nələr yaşanacaq? (ŞƏRH)

"Parisin istəyinin əksinə olaraq, Olimpiya Oyunları dövründə Ukrayna cəbhəsində atəşkəs əldə olunmayacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Fransanın Olimpiya Oyunları keçirilən ərəfədə Ukrayna cəhbəsində atəşkəsin əldə edilməsi səylərinin nəticə verib-verməyəcəyi barədə proqnozlarını bölüşərkən deyib.

Ə.İbrahimov bildirib ki, Fransa və digər Avropa ölkələri iyul-avqust aylarında Parisdə keçiriləcək Yay Olimpiya Oyunları müddətində Rusiya ilə Ukrayna arsındakı müharibəni dayandırmaq istəyirlər:
 


”Lakin bu barədə ara-sıra siqnallar eşidilsə də hələlik ciddi addımlar atıldığı barədə məlumatlar yoxdur. Artıq olimpiadanın  başlanmasına sayılı günlər qalır, amma Rusiya ilə danışıqlar üçün müraciət edilməyib. Deməli, olimpiadanı keçirən tərəf ya Rusiyanın onun müraciətinə müsbət cavab verməyəcəyini öncədən bilir və buna görə təşəbbüs göstərmir, yaxud Rusiyanın atəşkəs əvəzində ciddi şərtlər irəli sürəcəyindən çəkinir. İstənilən halda Fransada olimpiada Ukrayna və Rusiyada top və raket atəşləri altında keçiriləcəyi artıq əminlik kəsb edir. Amma indiki halda Rusiya yenə də olimpiada ilə bağlı ona müraciət edilmədiyini rəqiblərinə qarşı istifadə etməyə şans qazanır. Moskva olimpiadanın başlanmasına bir neçə gün qalmış yeni təbliğata başlayaraq Qərb və ABŞ-ın atəşkəslə bağlı ona müraciət edilmədiyini bütün dünyaya elan edəcək. Nəticədə Fransa və beynəlxalq Olimpia Komitəsi Rusiya və dünya dövlətləri qarşısında yenə də aciz duruma düşəcəklər”. 

Qeyd edək ki, cari ilin iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə növbəti Yay Olimpiya Oyunları keçiriləcək. 4 ildən bir təşkil olunan bu Olimpiya oyunları dünyada  Rusiya Ukrayna və İsraillə HƏMAS arasında gedən müharibələr fonunda keçiriləcək. Bu fonda Paris və BMT çalışır ki, ən azından idman yarışlarının keçirildiyi müddətdə hərbi əməliyyatlar dayandırılsın. Lakin müharibə edən tərəflərin ritorikası onu deməyə əsas verir ki, tərəflər indilikdə atəşkəsdə maraqlı deyillər. 

Rüfət Sultan

Seçilən
167
38
qaynarinfo.az

10Mənbələr