AZ

Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq- ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun"Dəmir yumruq" əməliyyatı - Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəsinin faşist ideologiyasından ruhlanan Ermənistanı məğlub etdiyini, işğalçılıq siyasətinə son qoydu. Vətənimizin azadlığı uğrunda müzəffər yürüşə çıxan, müqəddəs amal uğrunda "öldü var, döndü yox!" deyən qəhrəman oğullarımız işğal altında olan dədə-baba torpaqlarımızdan düşməni birdəfəlik qovdular". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin sözlərinə görə, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək: "Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var" deyən Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində haqq savaşımız qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. Azərbaycan Zəfər Paradında beynəlxalq aləmə hərbi gücü, qüdrəti ilə bağlı mesajını çatdırdı".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
olaylar.az

1Mənbələr