AZ

Özbəkistanda “Renessans” Milli Mükafatının təqdimatı olub

Bakı, 16 dekabr, AZƏRTAC

Özbəkistan Milli Media Assosiasiyasının 20 illiyi ilə bağlı mərasim keçirilib və bu münasibətlə media sahəsində fərqlənənlərə “Renessans” Milli Mükafatı təqdim edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Özbəkistan Respublikası Prezidentinin mətbuat katibi Şerzod Əsədov çıxış edərək Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə söz azadlığı və media sahəsinin inkişafı sahəsində həyata keçirilən işlər barədə məlumat verib.

Özbəkistanın Baş nazirinin müavini Zulaixo Makhkamova, Özbəkistan Milli Media Assosiasiyasının İdarə Heyətinin sədri, professor Şerzodhan Kudrathoja ölkədə kütləvi informasiya vasitələrinə dövlət dəstəyi və qayğısı, media sahəsinin inkişafı barədə məlumat verib, baş verən islahatlar və demokratik proseslərin xalqa çatdırılmasında medianın rolundan danışıblar.

Sonra müxtəlif nominasiyalar üzrə “Renessans” Milli Mükafatına layıq görülən media mənsubları mükafatlandırılıb.

Mərasimdə Türkiyə, Çin və digər ölkələrin Özbəkistandakı səfirlikləri tərəfindən jurnalistlərə xüsusi nominasiyalarla mükafatlar təqdim edilib.

Azərbaycanı təmsil edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi öz mükafatını Xarəzm vilayətinin “S-İqbol ” telekanalının jurnalisti Sevara Raxmagullaevaya verib.

Mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanın Milli Media Assosiasiyasını 20 illik yubileyi münasibətilə təbrik edərək rəhbərlik etdiyi Mərkəzin uzun illərdir ki, Özbəkistan mediası ilə sıx əməkdaşlıq etdiyini, hər il yerli jurnalistlər üçün Azərbaycana mediaturlar təşkil edildiyini qeyd edib. O, məhz bu əməkdaşlığın nəticəsi olaraq hər il özbək mətbuatında Azərbaycanla bağlı çoxsaylı materiallar, televiziya verilişləri, məqalələrin yayımlandığını söyləyib.

Tədbir bədii proqramla davan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
azertag.az

2Mənbələr