AZ

Bakı-Sumqayıt yolunun problemi: Daha nələr edilə bilər...

Ötən il Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağı təşkil edilib. Bu ilin yanvar ayında isə Bakı-Sumqayıt marşrut xətti üzrə marşrut fəaliyyətə başlayıb. 

 

Ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə hərəkət edir. Bu xəttə buraxılanavtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur. Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

 

Bu zolaq və avtobus xətti həmin istiqamətdə gedən və gələn insanların mənzil başına daha tez çatmasını təmin etmək üçün nəzərdə tutulmuşdu.

 

Lakin hələ də həmin istiqamətdə gedən sərnişinlərin mənzil başına sürətli çatmsı tam təmin olunmayıb. Üstəlik tıxac şəxsi avtomobildən istifadə edən insanlara ciddi problemlər yaradır.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Nəqliyyat üzrə ekpsert Ərşad Hüseynov bildirib ki, avtobus zolağının çəkilməsi heç də problemi bütünlüklə aradan qaldırmır:

 

“Bakı-Sumqayıt yolu Abşeronun şimalla,qərb hissəsini, Bakı şəhərinin mərkəzinə birləşdirən yeganə yoldur. Bütün axın bu istiqamətdə olur. Axının bu istiqamətə olmasının səbəbini araşdırmaq lazımdır. Mobilliyi təmin etmək üçün insanlar gəlməlidir. Lakin bunu müəyyən istiqamətə yönəltmək olar. Onun da ən sadəsi və asanı avtobus zolağının çəkilişi idi. Yəni  həmin məsələ həll olundu.  Bu, vəziyyəti biraz yaxşılaşdıra bilər. Avtobusların hərəkət sürəti arta bilər.  Avtobusla səhyahət müddəti azalacağından insanlar avtobusa meyillənə bilər. Lakin bu, heç də problemi bütünlüklə aradan qaldırmır.Ona görə də bu prosesi tamamlayacaq növbəti addımlar gəlməlidir”.

Ərşad Hüseynov növbəti hansı addımların atılmalı olduğundan da danışıb:

 

“İndi mütləq şəkildə avtobusların sayı artırılmalıdır. Nəqliyyatla bağlı digər bir addım avtobusların xidmət səviyyəsini, komfortunu yüksəltmək olmalıdır. Bu istiqamətdə göreüləcək tədbirlərdən ən vacibi  avtobusların dəqiq qrafiklərlə işləməsini təmin etməkdir. Vətəndaş görsün ki, avtobuslar rahatdır, dəqiq vaxtında gəlir, özü də  səhər 6-dan gecə saat 12-yə qədər avtobus var və zolaqla hərəkət etdiyi üçün daha qısa vaxtda gedir”.

Ekspert söyləyib ki, tədbirlər yalnız nəqliyyatla bağlı olmamalıdır:

 

“Burada məsələlərdən biri dəməskunlaşma ilə bağlıdır. Müşahidə edirik ki, orta məktəblərdə tətil zamanı həmin yolda tıxac ya olmur, ya da yüngülvari olur. Səbəb odur ki, həmin ərazidə məskunlaşan insanların əksəriyyəti  öz uşaqlarını şəhər məktəblərinə aparırlar.  Deməli, orada məktəb çatışmazlığı var, yaxud həmin məktəblər vətəndaşları qane etmir. Elə etmək lazımdır ki, uşaqların şəhər məktəblərinə aparılmasına ehtiyac olmasın. İş yerlərinin sayı artırılmalıdır ki, Xırdalan və Masazırda yaşayanların heç də hamısı Bakıya iş üçün üz tutmasın. Bu tədbirlər həyata keçirilsə, vəziyyət yaxşılaşar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
modern.az

10Mənbələr