Sabunçu rayonu ərazisindən bir nəfərin aldadılaraq hesabından 2000 manatının çıxarılması barədə polisə məlumat daxil olub.Manset.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən L.Cəfərova müəyyən olunaraq saxlanılıb.